UEFA Konfrans Liqası: “Omoniya” – “Zirə” oyununda beşinci qol vurulub – YENİLƏNİB 6 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

UEFA Konfrans Liqası: “Omoniya” – “Zirə” oyununda beşinci qol vurulub – YENİLƏNİB 6

UEFA Konfrans Liqası: “Omoniya” - “Zirə” oyununda beşinci qol vurulub - YENİLƏNİB 6

Bakı, 22 avqust, AZƏRTAC

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” klubları arasında keçirilən görüşdə növbəti qol vurulub.

AZƏRTAC xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda baş tutan qarşılaşmanın 60-cı dəqiqəsində rəqibin heyətində Eurandro qol müəllifi olub – 5:0.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

22:20

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” klubları arasında keçirilən görüşdə növbəti qol vurulub.

AZƏRTAC xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda baş tutan qarşılaşmanın 54-cü dəqiqəsində rəqibin heyətində Mariusz Stepinski komandasının dördüncü özünün ikinci qoluna imza atıb.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

22:10

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasındakı görüşdə ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmada ev sahibi komandanın 3:0 üstünlüyü var.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

21:54

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə növbəti qol vurulub.

AZƏRTAC xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın ilk hissəsinə əlavə olunan birinci dəqiqədə rəqibin heyətində Mariusz Stepinski fərqlənib.

Bununla da görüşün birinci hissəsi ev sahibinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

21:44

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın 34-cü dəqiqəsində rəqibin heyətində Vili Semedo penalti zərbəsini dəqiq yerinə yetirib – 2:0.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

21:18

Bakı, 22 avqust, AZƏRTAC

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın 13-cü dəqiqəsində rəqibin heyətində Amin Xammas fərqlənib.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

21:01

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüş başlayıb.

AZƏRTAC xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.

Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.

Komandalar arasında cavab matçı bir həftə sonra Bakıdakı “Liv Bona Dea Arena”da oynanılacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top