ADPU elektron universitet sisteminin tətbiqinə başlayır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ADPU elektron universitet sisteminin tətbiqinə başlayır

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tədris prosesində effektivliyi artırmaq və daha yüksək keyfiyyəti təmin etmək məqsədilə elektron universitet sistemini (e-universitet) tətbiq etməyə başlayır. Bu məqsədlə universitet “Sinam” MMC şirkətindən “EMPRO” proqram təminatını əldə edib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, yeni tədris ilindən sistemdən səmərəli istifadəni təmin etmək məqsədilə universitetdə “Sinam” MMC-nin mütəxəssisləri tütorlar üçün təlimlərə başlayıblar. Təlimlərdə yeni sistemdə qrupları və tələbələri əlavə etmək, məlumatları idarə etməklə bağlı əsas məqamlara toxunulub, həmçinin “EMPRO” sisteminin funksionallığı və üstünlükləri barədə məlumat verilib.

Pedaqoji Universitet elektron universitet sistemi vasitəsilə təhsil prosesinin idarə edilməsində müasir texnologiyaların tətbiqini gücləndirməyi və tələbə-müəllim əlaqələrinin daha səmərəli təşkil edilməsini hədəfləyir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top