Misir piramidalarının səhrada yerləşməsinin səbəbi müəyyən edilib
Bakı, 22 avqust, AZƏRTAC
Nil Afrikanın həyatında xüsusi rola malik olan çaydır. Qədim dövrlərdən bu çaydan naviqasiya və suvarma məqsədi ilə geniş istifadə edilib. Hətta məşhur piramidaların tikintisi üçün də materialın bu çay vasitəsilə gətirildiyi məlumdur. Bəs elə isə necə olur ki, piramidalar səhrada, Nildən azı 5 kilometr uzaqda yerləşir?
AZƏRTAC RFİ-yə istinadla xəbər verir ki, məsələni ABŞ və Misirdən olan tədqiqatçılar birgə araşdırıblar. Tədqiqatın nəticələri “Communications Earth & Environnement” elmi jurnalında dərc olunub.
Peyk təsvirləri sayəsində məlum olub ki, piramidalar vaxtilə Nilin sahilində yerləşib. Çayın piramidaların yanından keçən qolu əsrlər əvvəl quruyub. Ahramat adı verilən bu qolun uzunluğu 64 kilometr olub və bolsululuğu ilə seçilib. Bu qolun boyunca azı 31 piramida tikilib. Məşhur Gizə piramidaları da bu ərazidə yerləşib.
Regionun paleohidroloji xəritəsini hazırlayan alimlər belə qənaətə gəliblər ki, su mənbələrinin azalması Nilin qollarının quruması ilə nəticələnib. Bu səbəbdən qədim Misirdə piramidaların tikilmə yerləri də sülaləyə görə dəyişib. Hazırda demək olar bütün piramidalar səhrada yerləşir. Halbuki, tikildiyi dövrdə piramidalar sahildən ən uzağı 1 kilometr məsafədə olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]