Dünyada ən çox qızıl ehtiyatına malik ölkələr məlum olub
Bakı, 22 avqust, AZƏRTAC
Beynəlxalq Qızıl Şurası dünya ölkələrinin qızıl ehtiyatları barədə məlumatları yeniləyib.
AZƏRTAC xəbər verir ki, qızıl ehtiyatlarına görə liderlik edən ölkələrin rezervləri son bir ildə ciddi dəyişikliyə uğramayıb. Banklardakı qızıl ehtiyatının həcminə görə ilk yerdə 8 133 tonla ABŞ gəlir.
Növbəti pillədə qərarlaşan Almaniyanın ehtiyatları 3 352 tondur. Bundan başqa, üçüncü yerdə İtaliya (2 452 ton), dördüncü yerdə Fransa (2437 ton), beşinci yerdə isə Rusiya (2 336 ton) dayanır.
Asiya nəhəngi Çin isə 2 264 ton ehtiyatla altıncıdır. Ölkə ehtiyatlarını il ərzində 2 ton artırıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Türkiyəli ekspert: Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələbləri haqlıdır
Ankara, 11 sentyabr, AZƏRTAC “Ermənistan Konstitusiyasının hazırkı redaksiyası Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına […]
-
Laçın sakini: Yurduma gedib işimi davam etdirmək istəyirəm
Bakı, 11 sentyabr, AZƏRTAC “Laçında illərlə mətbuat işçisi olmuşam. İndi yurduma gedib işimi yenidən davam […]
-
Mayotda işsizlik Fransa üzrə orta göstəricidən 5 dəfə çoxdur
Bakı, 11 sentyabr, AZƏRTAC Fransanın Mayot departamentində işsizlik artaraq 37 faizə çatıb. AZƏRTAC “”Figaro”ya istinadla […]