Çempionlar Liqası: “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çempionlar Liqası: “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Zaqrebdə Xorvatiyanın “Dinamo” kollektivi ilə üz-üzə gələcək.

“Maksimir” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunda Qlenn Nyberq baş hakim olacaq. Ona Mahbod Beigi, Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adam Ladebek yerinə yetirəcək. Almaniyalı Bastian Dankert və onun həmyerlisi Johann Pfeifer VAR hakimi olacaqlar.

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top