Kral Çarlz yay tətili üçün Balmoral qəsrinə yollanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Kral Çarlz yay tətili üçün Balmoral qəsrinə yollanıb

London, 20 avqust, AZƏRTAC

Böyük Britaniya Kralı Çarlz yay tətilini keçirmək üçün Şotlandiyanın dağlıq ərazisi Aberdinşirdə yerləşən Balmoral qəsrinə yollanıb.

AZƏRTAC xəbər verir ki, Kral Çarlz Şotlandiya Krallığının 5-ci Batalyonunun fəxri qarovul dəstəsinin müşayiəti ilə rəsmi olaraq qarşılanıb. O, mərasim zamanı Şotlandiyanın milli geyimi olan “kilt” geyinib.

Balmoral qəsri Kraliça II Elizabetin də sevimli iqamətgahı olub və o, yay istirahətlərinin böyük hissəsini bu qəsrdə keçirib. Kral Çarlz da bu ənənəni davam etdirir.

Qəsrin daxili hissəsi ilk dəfə iyulun 1-dən avqustun 4-dək ziyarətə açılıb. 100 funt sterlinq dəyərində biletlər beş dəqiqə ərzində satılıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top