Sergey Lavrov Ermənistanın kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sergey Lavrov Ermənistanın kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirib

Moskva, 19 avqust, AZƏRTAC

Ermənistanın rəhbərliyi Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında razılaşmanı sabotaj edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyasının “Birinci kanal”ına müsahibəsində bildirib.

“Biz sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”, – deyə Lavrov qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top