Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır

Bakı, 19 avqust, AZƏRTAC

Cənubi Koreya və ABŞ bu gündən “Ulchi Freedom Shield” adlı illik birgə hərbi təlimlərə başlayır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, təlimlərdə məqsəd birgə müdafiə hazırlığını və Şimali Koreyadan gələn təhlükələrə qarşı durmaq qabiliyyətini gücləndirməkdir.

Avqustun 29-dək davam edəcək təlimlərin proqramına kompüter simulyasiyası və mülki müdafiə bacarıqlarının praktiki tətbiqi əsasında əsgərlərin məşqləri daxildir. Təlimlər quru, dəniz, hava, kiber və kosmos da daxil olmaqla müxtəlif vasitələrdən istifadə etməklə tammiqyaslı müharibə ssenarilərinə əsaslanır.

Təşkilatçılar əmindirlər ki, bu cür təlimlər Cənubi Koreya və ABŞ-ın istənilən təxribatlara cavab vermək və nüvə silahından müdafiə etmək qabiliyyətini və hazırlığını daha da gücləndirəcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top