Əlcəzair elektrik stansiyalarının fəaliyyətinin bərpasında Livana köməklik göstərəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Əlcəzair elektrik stansiyalarının fəaliyyətinin bərpasında Livana köməklik göstərəcək

Bakı, 19 avqust, AZƏRTAC

Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Nadir Larbaui ilə livanlı həmkarı Nəcib Mikati arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Ennahar” informasiya portalı məlumat yayıb.

Məlumata görə, Larbaui Əlcəzair Prezidentinin indiki çətin şəraitdə dərhal böyük miqdarda yanacaq tədarük edərək Livana dəstək vermək qərarına gəldiyini bildirib.

Əlcəzairin köməyinin məqsədi Livanda elektrik stansiyalarının fəaliyyətini və elektrik enerjisi təchizatını bərpa etməkdir.

Qeyd edək ki, avqustun 17-də Livan elektrik stansiyalarında yanacaq çatışmazlığı səbəbindən işıqsız qalıb. Livanda elektrik enerjisinin istehsalı və paylanması üzrə ixtisaslaşan ən böyük dövlət müəssisəsi “Electricite du Liban” yanacaq çatışmazlığı səbəbindən işini dayandırıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top