Beynəlxalq Əmək Təşkilatı: Gənclərin yarısı qeyri-rəsmi əməklə məşğul olur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Beynəlxalq Əmək Təşkilatı: Gənclərin yarısı qeyri-rəsmi əməklə məşğul olur

Bakı, 18 avqust, AZƏRTAC

Dünyada gənclər arasında işsizlik son 15 ildə ən aşağı səviyyəyə düşsə də, bəzi məsələlər narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının son hesabatında bildirilib. Agentliyin statistikasına görə 2023-cü ildə planetin 15-24 yaşlı sakinləri arasında işsizlik 13 faiz təşkil edib. Bu da son 15 ildə ən aşağı göstəricidir. Gənclər arasında ən çox işsizlik ərəb ölkələri və Asiya regionunda müşahidə olunur.

Beynəlxalq Əmək Təşkilatını narahat edən əsas məqam dünya üzrə gənclərin yarısının qeyri-rəsmi əməklə məşğul olmasıdır. Bu vəziyyət onların karyera qurmasına və sosial təminatına mənfi təsir edir.

Digər narahatedici məqam 15-24 yaşlı gənclərin 20,4 faizinin heç bir təhsili, ixtisası və işinin olmamasıdır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top