Premyer Liqa: “Turan Tovuz” 3 cavabsız qolla “Kəpəz”ə qalib gəlib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Premyer Liqa: “Turan Tovuz” 3 cavabsız qolla “Kəpəz”ə qalib gəlib

Bakı, 17 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış matçında “Kəpəz” “Turan Tovuz”la üz-üzə gəlib. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına 15-ci dəqiqədə Xəyal Nəcəfov, 19-cu dəqiqədə Roderik Miller, 61-ci dəqiqədə isə Kristian da Silva imza atıb.

Günün ikinci oyununda isə “Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Səbail”i qəbul edəcək. Saat 20:30-da başlayacaq qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Qeyd edək ki, III tura avqustun 18-də oynanılacaq “Neftçi” – “Sabah” görüşü ilə yekun vurulacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top