“Qəbələ” legioneri ilə yollarını ayırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Qəbələ” legioneri ilə yollarını ayırıb

Bakı, 17 avqust, AZƏRTAC

“Qəbələ” komandası kamerunlu futbolçu Kristof Atanqana ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 24 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin iyulundan bölgə təmsilçisində çıxış edən Atanqana “qırmızı-qara” formada 36 matç keçirib. O, Premyer Liqada 24, Azərbaycan kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top