İzmirdəki yanğınlarda 78 nəfər zərər çəkib YENİLƏNİB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İzmirdəki yanğınlarda 78 nəfər zərər çəkib YENİLƏNİB

İstanbul, 17 avqust, Günel Karatepe, AZƏRTAC

Türkiyənin İzmir vilayətində baş verən yanğınlarda 78 nəfər zərər (xəsarət alıb və ya tüstüdən zəhərlənib) görüb. Hazırda xəstəxanalarda 29 nəfərin müalicəsi davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib.

Bölgəyə çox sayda tibbi qrup cəlb edilib.

Alovla mübarizə havadan və qurudan davam edir.

İndiyədək bölgədə 87 yaşayış binası və 45 iş yerinin boşaldıldığı, 16 evin isə yandığı bildirilir.

Xatırladaq ki, İzmirin fərqli meşəlik ərazilərdə başlayan yanğın yaşayış yerlərinə yayılıb.

00:10

Türkiyənin İzmir vilayətində baş verən meşə yanğınları bölgədə əsən güclü küləyin təsiri ilə genişlənərək yaşayış yerlərinə çatıb. Bölgədə bir bina yanıb, çox sayda ev boşaldılıb.

AZƏRTAC xəbər verir ki, vilayətin Karşıyaka rayonunda dünən axşam saatlarından başlayan yanğın ətrafa yayılıb. Bölgəyə 5 təyyarə, 15 helikopter və çox sayda texnika cəlb edilib. Yanğınsöndürmə işləri səhərə qədər davam edib. Bu gün bölgədə əsən küləyin sürəti saatda təxminən 80 kilometrə çatıb. Bu səbəbdən təyyarələr bir müddət yanğına müdaxilə edə bilməyib. Qurudan müdaxilələrə baxmayaraq, alovun böyük hissəsi iş yerlərinə yayılıb. Əhali təxliyə edilib. Yanğının baş verdiyi əraziyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı hadisə yerinə yollanıb. İzmir valisi Süleyman Elban hadisə ilə bağlı açıqlama verərək hələlik itkilərin olmadığını, lakin bəzi yaşayış evlərinin yandığını deyib.Alovla mübarizəyə havadan və qurudan müdaxilə davam edir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top