Türkiyədə sutka ərzində 47 meşə yanğını baş verib
Ankara, 16 avqust, AZƏRTAC
“Son 24 saat ərzində Türkiyədə 47 meşə yanğını qeydə alınıb, onlardan 30-u artıq nəzarətə götürülüb”.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, hazırda 17 yanğın söndürülür. “Mən indi yalnız böyük yanğınlardan danışıram. Bir sıra rayonlarda yanğınla mübarizə relyefə görə çətinləşir. Yanğının söndürülməsinə təyyarələr və helikopterlər, eləcə də yüzlərlə digər texnika cəlb olunub”, – deyə Yumaklı bildirib.
Nazir qeyd edib ki, ölkənin ayrı-ayrı vilayətlərində yanğınsöndürmə prosesi gecə-gündüz davam edir. Eyni zamanda bəzi yaşayış məntəqələrinin əhalisi təxliyə edilib.
Nazir vətəndaşaları isti havda ayıq-sayıq olmağa çağırıb.
Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi ölkədə meşə yanğınlarının söndürülməsi prosesinə dəstək üçün 4 helikopter ayrıldığını açıqlamışdı.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]