Voleybol üzrə Lənkəran rayon açıq turnirinə yekun vurulub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Voleybol üzrə Lənkəran rayon açıq turnirinə yekun vurulub

Lənkəran, 16 avqust, İlkin Adıyev, AZƏRTAC

Lənkəran Olimpiya İdman Kompleksində voleybol üzrə rayon açıq turnirinin final mərhələsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir Azərbaycan Voleybol Federasiyasının və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

İdman yarışının qaliblərinin mükafatlandırılması mərasimində federasiyanın prezidenti Şahin Bağırov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

Çıxışlarda Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanındığı vurğulanıb, dövlətimiz tərəfindən idmançılarımıza göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, ölkədə idmanın inkişafı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi onların əsl vətənpərvər kimi formalaşması işinə müsbət təsirini göstərib.

Qeyd edilib ki, bütün bunlar Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin fəaliyyəti üçün yaradığı geniş imkanlar nəticəsində mümkün olub.

Tədbirin sonunda qızlar və oğlanlardan ibarət ümumilikdə 12 komandanın yarışdığı turnirin qalibləri mükafatlandırılıblar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top