Baş Prokurorluğun idarə rəisi: Ermənistanın su resurslarımızı çirkləndirməsi ilə bağlı araşdırmalar davam etdirilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Baş Prokurorluğun idarə rəisi: Ermənistanın su resurslarımızı çirkləndirməsi ilə bağlı araşdırmalar davam etdirilir

Naxçıvan, 16 avqust, AZƏRTAC

Ermənistanın su resurslarımızı çirkləndirməsi ilə bağlı araşdırmalar davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində “Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” ECOLEAD layihəsi çərçivəsində “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda elmi-praktik konfransda deyib.

“Ermənistan ərazisində qanunsuz fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin dayandırılması məqsədilə beynəlxalq təşkilatlara, habelə xarici ölkələrin ekoloji nəzarət qurumlarına sorğular verilib, su nümunələri götürülərək çirklənmənin təsir dairəsi müəyyən edilir. Toplanmış materiallara hüquqi qiymət veriləcək”, – deyə Elnur Musayev əlavə edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top