Son bir ildə Nərimanov Sosial Xidmət Mərkəzində 100-ə yaxın uşaq reabilitasiya xidmətlərinə cəlb edilib
Bakı, 16 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində indiyədək 100-ə yaxın uşaq reabilitasiya xidmətlərinə cəlb edilib. Hazırda 50-dən çox uşaq mərkəzdə reabilitasiya xidmətlərindən yararlanır.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bir il əvvəl fəaliyyətə başlayan Sosial Xidmət Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb. Mərkəz əlilliyi müəyyən edilmiş 18 yaşınadək şəxslər üçün sosial reabilitasiya işini həyata keçirir. Burada sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılır.
Uşaqlar fərdi olaraq və qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilir. Mərkəzdə valideynlərin bilik və bacarıqlarının artırılması məqsədilə də müxtəlif tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin bu sahədə dörd ixtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyət göstərir. Ötən dövrdə mərkəzlərin xidmətlərindən əlilliyi müəyyən edilmiş 648 nəfər 18 yaşınadək uşaq yararlanıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]