Media: Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə yenidən zərbə endirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Media: Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə yenidən zərbə endirib

Bakı, 16 avqust, AZƏRTAC

Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəməndə üsyançı husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan Hudeyda əyalətindəki hədəflərə hava zərbələri endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan “Əl-Masirah” telekanalı məlumat yayıb.

Hərəkatın lideri Əbdül Malik əl-Husi ABŞ-ın təkcə bu həftə Yəmənə ən azı 10 hava hücumu həyata keçirdiyini söyləyib. Onun sözlərinə görə, cari ilin yanvarından etibarən Britaniya və ABŞ qüvvələrinin nəqliyyat hədəflərini bombalaması nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top