Rəşad Sadıqov: Qapıçımız bu gün böyük hünər göstərdi
Bakı, 16 avqust, AZƏRTAC
Son ana kimi mübarizə apardıqlarına görə futbolçularımla fəxr edirəm. Azarkeşlərimizə də verdikləri dəstəyə görə minnətdaram.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubuna penaltilər seriyasında qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis penaltilər seriyasında 5 topdan 4-nü dəf edən qapıçı Tiaqo Silva barədə danışıb: “Şerif” (Moldova) ilə oyunun penaltilər seriyasında Tiaqonun çıxışından razı qalmamışdım. Amma o, bu gün böyük hünər göstərdi. Bunu bacarmaq elə də asan iş deyil”.
O, pley-off mərhələsində qarşılaşacaqları Kiprin “Omoniya” klubu haqqında da fikirlərini bölüşüb: “Düzü, komanda haqqında məlumatım yoxdur. “Fehervar”la (Macarıstan) keçirdikləri matçı izləmişəm. Üstünlük əldə ediblər. Bu da onların güclü rəqib olduğunu göstərir. Müəyyən qədər avrokubok təcrübələri var. Görünür ki, bizim kimi onlar da qrupa düşmək istəyirlər. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]