“Sabah”ın baş məşqçisi: İrlandiya klubu ilə oyunda bəxtimiz gətirmədi
Bakı, 15 avqust, AZƏRTAC
Komandamız əlindən gələn hər şeyi etdi. Təəssüflər olsun ki, bu dəfə də alınmadı.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandasına 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis komandasının İrlandiya klubundan daha yaxşı çıxış etdiyini söyləyib: “Çox çalışdıq, bəzi situasiyalarda rəqibdən üstün olduq. Lakin bəxtimiz gətirmədi. İlk oyunda olduğu kimi bu dəfə də qırmızı vərəqə aldıq. Belə turnirlərdə 10 nəfərlə mübarizə aparmaq çox çətindir. Məqsədimiz qrupda qalmaq idi, amma işlər istədiyimiz kimi getmədi”.
Qeyd edək ki, ilk görüşdə də minimal üstünlüklə qalib gələn “Sent Patriks” adını pley-off mərhələsinə yazdırıb. “Sabah” isə avrokuboklarla vidalaşıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]