Lənkəranda qanunsuz odlu silah saxlayan və ov edən şəxslər müəyyən edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Lənkəranda qanunsuz odlu silah saxlayan və ov edən şəxslər müəyyən edilib

Lənkəran, 15 avqust, AZƏRTAC

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində təyin olunmayan yerdə V.Qurbanov adlı şəxsin qanunsuz olaraq ov etdiyi müəyyən olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saxlanılan şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz ovladığı çöl quşları aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 12 ədəd tüfəng aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top