İraqın Baş nazirinin müavini Türkiyəyə səfər edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İraqın Baş nazirinin müavini Türkiyəyə səfər edib

İstanbul, 15 avqust, Günel Karatepe, AZƏRTAC

İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyin Türkiyədə rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, Fuad Hüseyini səfərdə İraqın yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Onun Türkiyə ziyarəti çərçivəsində ilk görüşü Türkiyənin XİN başçısı Hakan Fidan ilə olub. Görüşdə ikitərəfli əlaqələr və regional məsələlər dəyərləndirilib.

Səfər zamanı Türkiyə-İraq Ortaq Planlaşdırma Qrupunun ilk iclası və Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizminin dördüncü toplantısı keçiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top