DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bakı, 15 avqust, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti növbəti günlərdə də davam edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə, xüsusilə şəxsi avtomobillə dağlıq və dağətəyi rayonlara səfər edən, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz havalarda sürət həddini minimuma endirməyə, yol şəraitini nəzərə almağa, hərəkət zamanı kifayət qədər ara məsafəsi saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top