Türk xalqlarına xas ənənəvi idman oyunları Türkiyənin Mədəniyyət Yolu Festivalında nümayiş olunur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türk xalqlarına xas ənənəvi idman oyunları Türkiyənin Mədəniyyət Yolu Festivalında nümayiş olunur

İstanbul, 15 avqust, Günel Karatepe, AZƏRTAC

Dünya Etnospor Konfederasiyası türk xalqlarına xas ənənəvi idman növləri və oyunlarını Türkiyənin ən böyük mədəni tədbirlərindən olan Mədəniyyət Yolu Festivalında nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, konfederasiya tərəfindən xüsusi yaradılan “Etno-Tır” (qoşqulu yük maşını) vasitəsilə festivala daşınan oyunlar ilk dəfə Nevşehirdə nümayiş etdirilib və daha on fərqli şəhərdə tədbir iştirakçıları ilə görüşəcək.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival bu il 16 şəhəri əhatə edir. Səkkiz ay davam edəcək festival aprel ayında Adanada başlayıb. Festivalın növbəti mərhələsi avqustun 17-də Ərzurum şəhərində başlayacaq və noyabrda Antalyada başa çatacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top