® “Birlikdə dünyanı daha yaxşı, təmiz və təhlükəsiz edə bilərik!” – FCHAIN – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

® “Birlikdə dünyanı daha yaxşı, təmiz və təhlükəsiz edə bilərik!” – FCHAIN

İnsan bütün canlılardan üstündür və onun planetimizdə xüsusi missiyası var – ətraf mühitin qayğısına qalmaq! Təəssüf ki, bəzən ətrafımızda baş verənlərə laqeyd yanaşırıq. İnsanların ətraf mühitə heyvanlardan daha çox zərər vurduğu isə heç kimə sirr deyil. Təbiət, yəni bütün canlılar, o cümlədən insanlar əziyyət çəkəndə, dünyanın harmoniyası da böyük çətinliklərlə üz-üzə qalır.

Financial Chain Corporation (FCHAIN) keyfiyyətli xidmətlər göstərməklə yanaşı, ətraf mühit və planet qarşısında öz məsuliyyətini dərk edərək ətraf mühitin, heyvanların qorunmasında öz üzərinə düşəni həyata keçirmək qərarına gəlib. Şirkət onları yağışdan, qardan və soyuqdan qorumaq üçün “Pişik evləri” adlanan açıq sığınacaqlar yaratmağı planlaşdırır. Yayın sonuna qədər təxminən 100 açıq “Pişik evi”miz olacaq. FCHAIN bu işi 2025-ci ilə qədər tamamlamağı və pişiklər, həmçinin digər heyvanlar üçün təxminən 1000 açıq sığınacaq yaratmağı planlaşdırır.

Qeyd edək ki, FCHAIN-in biomüxtəlifliyi qorumaq missiyası aşağıdakıları ehtiva edir:

• Kağızdan istifadəni azaltmaqla, tullantıları təkrar emala göndərməklə və yeni ağaclar əkməklə təbiəti qorumaq.

• Heyvanlar aləmini xilas etmək – Biz evsiz heyvanların həyatını daha rahat və təhlükəsiz etmək üçün evlər yaradırıq. Beləliklə, heyvanlar narahat iqlim şəraitinə qarşı daha dözümlü olacaqlar.

• Planetimizi plastikdən xilas etmək – Planetimiz getdikcə tullantılarımızdan daha çox əziyyət çəkir. Biz plastik məmulatların istifadəsini azaltmaq və toplanmış plastiki təkrar emal etmək üçün öz üzərimizə düşəni edirik.

• Alternativ enerji mənbəyinə keçmək və bununla da planetimizin resurslarına qənaət etmək.

• Logistika şirkətində ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadə etmək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top