Sorğu: Macarıstan gəncləri xaricə köçmək xəyalı ilə yaşayırlar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sorğu: Macarıstan gəncləri xaricə köçmək xəyalı ilə yaşayırlar

Budapeşt, 14 avqust, AZƏRTAC

“HUN-REN” Sosial Elmlər Mərkəzi Macarıstanda gənclərin digər ölkələrə köçmək istəyi mövzusunda reprezentativ sorğu keçirib.

AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri olduqca gözlənilməz olub. Belə ki, təxminən gənclərin yarısı (sorğuda iştirak edən 805 macar gəncinin 45 faizi) uzunmüddətli perspektivdə xaricdə yaşamaq imkanını nəzərdən keçirir.

Bu göstərici 2019-cu ildəki 33 faizlə müqayisədə olduqca böyük artımdır.

Xaricdə təhsil almaq arzusunda olan macar gənclərinin payı 25 faizə yaxınlaşır.

Sorğu Milli Gənclər Şurasının dəstəyi və Macarıstan Tələbələr Birliyi (HÖOK) ilə əməkdaşlıqda keçirilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top