İtaliyada isti hava səbəbindən xəbərdarlıq elan edilən şəhərlərin sayı artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İtaliyada isti hava səbəbindən xəbərdarlıq elan edilən şəhərlərin sayı artıb

Roma, 14 avqust, AZƏRTAC

İtaliya Səhiyyə Nazirliyi ölkədə müşahidə olunan anomal istilər səbəbindən “qırmızı” xəbərdarlıq elan edilən şəhərlərin sayını artırıb.

AZƏRTAC xəbər verir ki, həftə ərzində paytaxt Roma daxil olmaqla 22 şəhərdə “qırmızı” xəbərdarlıq elan olunub. Beləliklə, ölkənin 27 böyük şəhərindən əsasən mərkəz və cənub bölgələrindəki 22 şəhərdə havanın temperaturunun maksimum həddə çatacağı gözlənilir.

Paytaxt Romada havanın temperaturu 43 dərəcəni ötüb. Siciliya və Sardiniya adalarında temperaturun 48 dərəcəyədək yüksələcəyi bildirilib.

Mütəxəssislər anomal istilərin təkcə yaşlılar, klinik cəhətdən həssas insanlar və uşaqlar üçün deyil, bütün əhali üçün təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər. Əhaliyə saat 11:00-dən 18:00-dək zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub.

Ölkənin bəzi bölgələrində qızmar isti səbəbindən meşə ərazilərində yanğınların baş verə biləcəyi ilə bağlı xəbərdarlıqlar edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top