Çempionlar Liqası: “Qarabağ” “Ludoqorets”i darmadağın edərək pley-off mərhələsinə vəsiqə qazanıb YENİLƏNİB-11 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çempionlar Liqası: “Qarabağ” “Ludoqorets”i darmadağın edərək pley-off mərhələsinə vəsiqə qazanıb YENİLƏNİB-11

Bakı, 14 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüş Ağdam təmsilçisinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları Olavio Juninyo, Yassin Benzia (2 qol), Toral Bayramov, Redon Cica və Patrik Andrade (2 qol) vurublar.

Bununla da təmsilçimiz adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası ilə üz-üzə gələcək.

00:37

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyunda səkkizinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, əlavə vaxtın 112-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Patrik Andrade fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

00:34

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyunda yeddinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, əlavə vaxtın 110-cu dəqiqəsində Ağdam təmsilçisinin heyətində Redon Cica fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

00:15

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda altıncı qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün əlavə olunan vaxtının birinci hissəsində “Qarabağ” dördüncü qolunu vurub.

Toral Bayramov Abdullah Zubirin ötürməsini qola çevirərək komandasını yenidən hesabda önə çıxarıb (4:2).

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

00:05

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunun əsas vaxtı başa çatıb.

AZƏRTAC xəbər verir ki, ümumi hesab bərabər olduğundan matçda əlavə vaxt oynanılır.

Oyunun 90 dəqiqəsi “Qarabağ”ın 3:2 hesablı üstünlüyü ilə sona çatıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

23:14

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, hesab 2:3 “Qarabağ”ın xeyirinədir.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:58

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandalarının oyununda beşinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün ilk hissəsinə əlavə olunan altıncı dəqiqədə Ağdam təmsilçisinin heyətində Patrik Andrade komandasını önə keçirib. Bununla da komandalar fasiləyə yollanıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:55

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda dördüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün ilk hissəsinə əlavə olunan birinci dəqiqədə Ağdam təmsilçisinin heyətində Yassin Benzia penaltidən komandasının ikinci topuna imza atıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:29

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyunda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün 21-ci dəqiqəsində rəqibin heyətində Kvadvo Duah penaltidən özünün və komandasının ikinci topuna imza atıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:23

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün 13-cü dəqiqəsində rəqibin heyətində Kvadvo Duah fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:18

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, görüşün 7-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Olavio Juninyo fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:01

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top