Türkiyə Prezidenti Türkmənistanın xarici işlər nazirini qəbul edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyə Prezidenti Türkmənistanın xarici işlər nazirini qəbul edib

Ankara, 13 avqust, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Çankaya Köşkündəki görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak edib.

Türkmənistan nümayəndə heyətinin rəhbəri Türkiyədə ikigünlük səfərdədir.

Daha öncə Türkiyə paytaxtında xarici işlər nazirləri arasında görüş keçirilib, həmin görüşdə ikitərəfli münasibətlərin, o cümlədən energetika və nəqliyyat sahəsində inkişafın vəziyyəti və perspektivləri müzakirə olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top