Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfər edəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfər edəcək

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcək.

QMİ-nin Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, şeyxülislam A. Paşazadə vəfat etmiş tanınmış din xadimi – Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasiminə qatılacaq, onun ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Respublikası Prezidentinin başsağlığını çatdıracaq.

Həmçinin mərhumun qəbri ziyarət edilərək ruhuna dualar oxunacaq, xatirəsinə ehsan mərasimi təşkil olunacaq.

Səfər çərçivəsində Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclası da keçiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top