“Alagadi” bayramında Azərbaycan guşəsi yaradılıb
Bakı, 11 avqust, AZƏRTAC
Şimali Kipr Türk Respublikasında yaşayan Azərbaycan diaspor fəalları “Alagadi” festivalında ölkəmizi layiqincə təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, festival Çatalköy-Esentepe Bələdiyə başçısı Ceyhun Kırok tərəfindən təşkil olunub.
Tədbirin açılışını Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Çatalköy-Esentepe bələdiyə başçısı Ceyhun Kırok, KKTC Turizm Naziri Fikri Ataoğlu, diaspor fəalı Fuad Səfərəliyev ediblər
Festivalın keçirildiyi ərazidə Azərbaycan güşəsini yaradan diaspora fəalı, iş adamı Fuad Səfərəliyev deyib ki, beş min nəfərdən çox insanın qatıldığı tədbirdə Azərbaycan layiqincə təmsil edilir.
“Bu tədbir hər il təşkil edilir. Biz isə diaspora fəalları olaraq ilk dəfədir ki, festivalda iştirak edirik. Festivalda Azərbaycan, Qazaxıstan, Türkiyə və İrandan nümayəndələr öz ölkələrinin mədəniyyətini təmsil edirlər. Biz də özümüzə borc bildik ki, Azərbaycanın milli mətbəxini, tarixini, geyimlərini, bir sözlə zəngin mədəni irsini nümayiş etdirək”- deyə. F.Səfərəliyev vurğulayıb.
Onun sözlərinə görə, iştirakşılar Azərbaycan güşəsinə böyük maraq nümayiş etdiriblər. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da Azərbaycan güşəsinə yaxınlaşaraq xatirə fotosu çəkdirib.
F.Səfərəliyev həmçinin qeyd edir ki, Şimali Kipr Respublikasında yaşayan diaspora fəalları bütün sahələrdə aktivdilər.
Onlar 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 50 nəfərlik heyət ilə Ankaraya gedərək Ali Baş Komandan, Prezident İlham Əliyevə öz sədaqətlərini və dəstəyklərini nümayiş etdiririblər. Çünki biz hamımız yaxşı başa düşürük ki, biz birlikdə güclüyük.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]