Britaniya hökuməti onlayn təhlükəsizlik aktına dəyişikliklər etməyi planlaşdırır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Britaniya hökuməti onlayn təhlükəsizlik aktına dəyişikliklər etməyi planlaşdırır

London, 10 avqust, AZƏRTAC

Böyük Britaniya hökuməti internetdə yayılan yalan məlumatların səbəb olduğu və bir həftə davam edən irqçi iğtişaşlardan sonra sosial media şirkətlərini tənzimləmək üçün hazırlanmış onlayn təhlükəsizlik aktına dəyişikliklər etməyi nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, təklif olunan dəyişikliklərə görə, sosial media şirkətləri dezinformasiya kimi zərərli məzmunun yayılmasına icazə verərsə, onlara cərimə tətbiq edilə biləcək. Hazırda şirkətlər yalnız zorakılığa çağırışlar və ya nifrət nitqi kimi məzmuna nəzarət edə bilmədiklərinə görə cərimələnə bilərlər.

Qeyd edək ki, onlayn təhlükəsizlik aktı ötən ilin oktyabrında qəbul edilib, lakin aktın tətbiqinə gələn ilin əvvəlindən başlanılacaq. Bu akta görə, Britaniya hökuməti qanun pozuntusu aşkarlandığı təqdirdə, sosial media şirkətlərini qlobal dövriyyəsinin 10 faizinədək cərimələyə biləcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top