Azərbaycanın son iki idmançısı Paris olimpiadasında mübarizəyə başlayır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın son iki idmançısı Paris olimpiadasında mübarizəyə başlayır

Paris, 10 avqust, Elnur Salahov, AZƏRTAC

Bu gün Azərbaycanın son iki idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşçilər – Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) xalça üzərinə çıxacaqlar.

Üçqat dünya və dördqat Avropa çempionu olan H.Əliyev ilk görüşündə meksikalı Ostin Qomeslə üz-üzə gələcək. M.Maqomedov isə Dominikan Respublikasından Luis Miqel Peresi sınağa çəkəcək. Hər iki qarşılaşma 1/8 finala təsadüf edəcək.

Digər sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Bu gün, həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində mübarizə aparacaq. Yığma 5 halqa, 3 lent və 2 top proqramı üzrə mükafatçılar arasına düşməyə çalışacaq.

Hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top