Türkiyə Superliqası: Son çempion mövsümə qələbə ilə başlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyə Superliqası: Son çempion mövsümə qələbə ilə başlayıb

Bakı, 10 avqust, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümünə start verilib.

AZƏRTAC xəbər verir ki, son çempion “Qalatasaray” doğma meydanda “Hatayspor”la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı Hatay təmsilçisi açsa da, Mauro İkardi 80-ci dəqiqədə penaltidən fərqlənərək bərabərlik qoluna imza atıb. Mişi Batşuayi isə 90-cı dəqiqədə komandasına qələbə gətirən qolu vurub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top