Premyer Liqa: “Qarabağ” doğma meydanda “Kəpəz”i məğlub edib
Bakı, 9 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında “Qarabağ” doğma meydanda “Kəpəz”i qəbul edib.
“Azərsun Arena”da oynanılan qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 48-ci dəqiqədə Riçard Almeyda, 73-cü dəqiqədə Abdulla Zubir və 84-cü dəqiqədə Olavio Juninyo vurublar.
“Köhlən atlar” hazırda 6 xalla turnir cədvəlinə başçılıq edir.
İlk turda keçirilən matçlarda “Qarabağ” “Araz-Naxçıvan”a, “Zirə” “Səbail”ə 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə bitib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]