Hərbi Prokurorluq: Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi barədə həbs qətimkan tədbiri seçilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hərbi Prokurorluq: Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi barədə həbs qətimkan tədbiri seçilib

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Heybətqulu oğlu Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə AZƏRTAC-a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top