Britaniyada miqrant vizası müraciətlərində kəskin azalma müşahidə edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Britaniyada miqrant vizası müraciətlərində kəskin azalma müşahidə edilib

London, 9 avqust, AZƏRTAC

Böyük Britaniyaya xaricdən viza üçün müraciət edən işçilərin, tələbələrin və onların ailələrinin sayı son 12 ayda 33 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, kəskin azalma Mühafizəkarlar hökuməti tərəfindən tətbiq edilən qayda dəyişikliklərindən sonra baş verib. Bu qaydalar əksər beynəlxalq tələbələrin, səhiyyə və sosial xidmət işçilərinin ailələrini Böyük Britaniyaya gətirməsini qadağan edir.

Daxili İşlər Nazirliyinin rəqəmlərinə görə, bu ilin iyul ayında hökumət Britaniyaya ixtisaslı işçi, səhiyyə və sosial xidmət və tələbə marşrutları ilə daxil olmaq istəyən şəxslərlə bağlı vizalar üçün 91 min müraciət qəbul edib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 36 faiz azalma deməkdir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top