Ölkə ərazisində qurumuş Eldar şamı ağaclarına növbəti baxış keçirilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ölkə ərazisində qurumuş Eldar şamı ağaclarına növbəti baxış keçirilir

Ağsu, 9 avqust, G.Mahmudlu, foto O.Kərimov, AZƏRTAC

Respublika ərazisində müxtəlif dövrlərdə əkilmiş Eldar şamı ağaclarının son illər kütləvi quruması halları müşahidə olunduğundan, qurumanın əsas səbəblərini müəyyən etmək məqsədilə mütəxəssislərdən ibarət yaradılmış komissiya qrupu növbəti monitorinqlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin təmsil olunduğu qrup Ceyranbatan gölü ətrafında, Ağsu rayonunda olub, qurumuş Eldar şamı ağaclarına baxış keçirib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi, biologiya elmləri doktoru Vahid Fərzəliyevin sözlərinə görə, araşdırmalar və monitorinqlər zamanı məlum olub ki, qabıq böcəklərinin Eldar şamı ağaclarına ciddi zərər vurması nəticəsində ağaclar quruyaraq bioloji inkişafdan qalıb: “Monitorinqlərin və araşdırmaların nəticələri nəzərə alınaraq sözügedən ərazilərdəki torpaq sahələri xəstəlik və zərərvericilərdən təmizlənəcək, daha sonra qurumuş ağacların yerində yerli torpaq-iqlim şəraitinə uyğun yeni yaşıllıqların salınmasına başlanılacaq”.

Monitorinq Yevlax rayonunda davam etdiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top