Muxtar respublikada daşınmaz dövlət əmlakının icarəsi üzrə daxilolmalar 48 faizdən çox artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Muxtar respublikada daşınmaz dövlət əmlakının icarəsi üzrə daxilolmalar 48 faizdən çox artıb

Naxçıvan, 9 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 7 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin yanvar-iyul ayları ərzində, ümumilikdə, 72 yeni icarə müqaviləsi bağlanılıb. Bunun 38-i qeyri-yaşayış sahələri, 34-ü isə torpaq sahələri üzrə olub.

Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin 7 ayında dövlət büdcəsinə 207,8 min manat vəsaitin ödənilməsi təmin edilib. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artıb.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top