Ağdamda sakinindən 1 kq marixuana aşkarlanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ağdamda sakinindən 1 kq marixuana aşkarlanıb

Bakı, 9 avqust, AZƏRTAC

Ağdamda rayon sakinindən marixuana aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövryyəsində şübhəli Vaqif Mahmudov saxlanılıb. Onun yaşadığı ünvana baxıș zamanı 1 kiloqrama yaxın marixuana və elektron tərəzi, eləcə də müxtəlif çaplı patronlar aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top