Çində Ümumdünya Oyunlarının şüarı və talismanları təqdim olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çində Ümumdünya Oyunlarının şüarı və talismanları təqdim olunub

Bakı, 9 avqust, AZƏRTAC

Çinin Çendu şəhərində keçiriləcək XII Ümumdünya Oyunlarının açılışına bir il qalıb. Oyunların talismanları və “Sərhədsiz idman, saysız möcüzələr” devizinin təqdim edildiyi mətbuat konfransı keçirilib.

AZƏRTAC “Jenmin jibao” qəzetinə istinadla xəbər verir ki, XII Ümumdünya Oyunlarının talismanları panda Şubao və qızılı fındıqburun meymun Tszintszaydir. Dizaynerlər komandası Çendunun ekoloji cəhətdən təmiz, isti və mehriban bir şəhər kimi təsvir edilməsi üçün bu iki nadir heyvanın obrazlarından mədəniyyət daşıyıcısı kimi istifadə edib. Eyni zamanda, bu talismanlar hər kəsi heyvanlara qayğı göstərməyə, biomüxtəlifliliyin qorunmasına diqqət yetirməyə çağırır ki, bu da Oyunların ətraf mühitin mühafizəsi və davamlı inkişafı konsepsiyasına uyğundur.

Qeyd edək ki, XII Ümumdünya oyunları 2025-ci il avqustun 7-dən 17-dək Çenduda keçiriləcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top