ABŞ-da “Debi” fırtınası nəticəsində 7 nəfər ölüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ABŞ-da “Debi” fırtınası nəticəsində 7 nəfər ölüb

Vaşinqton, 8 avqust, AZƏRTAC

Meksika körfəzində yaranan “Debi” tropik fırtınası nəticəsində ölənləri sayı 7-yə çatıb.

AZƏRTAC-ın məlumatına görə, onlardan 6-sı avtomobil qəzası və üzərinə ağac düşməsi nəticəsində həyatını itirib. Fırtına ilk olaraq avqustun 5-də zəif kateqoriyalı qasırğaya çevrilərək Florida ştatı sahilərindən quruya çıxıb. Növbəti gün küləyin sürəti saatda 80 kilometrə kimi yüksəlib. Qasırğanın əsas təsirləri Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarında hiss olunub. Hazırda Şimali Karolina, Virciniya və Merilənd ştatlarında güclü küləyin və yağışın davam edəcəyi bildirilir. Hər üç ştat fövqəladə şəraitə hazırlıqlı vəziyyətə gətirilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top