Bakıda və bir sıra rayonlarda heyvan satışı bazarlarında monitorinqlər aparılıb
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə əvvəllər nöqsanlar aşkar edilən heyvan satışı bazarlarında yenidən monitorinqlər aparılıb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı Bakı şəhərində, Abşeron, Şamaxı, Gəncə, Gədəbəy, Göyçay, Biləsuvar, Salyan və Bərdə rayonlarında fəaliyyət göstərən heyvan bazarlarında nöqsanların qismən aradan qaldırıldığı müəyyən olunub.
Ağdaş, Ağcabədi, Beyləqan, Qəbələ, Şəki, Zaqatala, Sabirabad, Balakən, Cəlilabad, Masallı, İmişli, Tovuz, Gədəbəy, Xaçmaz və Ağsu rayonlarında yerləşən heyvan bazarlarında isə əvvəllər aşkarlanmış nöqsanların hələ də aradan qaldırılmadığı aşkarlanıb. Həmin bazarların rəhbərlərinə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə riayət olunması barədə icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah edilib.
Qeyd edək ki, monitorinqlər zamanı bəzi bazarların ərazisinin hasarla sərhədlənmədiyi, giriş və çıxışda dezobaryerlərin quraşdırılmadığı, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya işlərinin aparılmadığı, bazara daxil olan heyvanların müşayiətedici baytarlıq sənədləri ilə təmin edilmədiyi, heyvanların müvafiq təlimatlara uyğun identikləşdirilmədən satışa çıxarıldığı, ixtisaslı mütəxəssis tərəfindən nəzarətin təmin olunmadığı və digər nöqsanlar aşkar edilib. Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarətinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin və iş rejiminin formalaşdırılması zəruri şərtlərdəndir. Bütün bunlar nəzərə alınaraq, Agentlik tərəfindən müvafiq dövlət nəzarəti və tənzimlənməsi tədbirləri davam etdirilir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar, eləcə də istehlakçılar işin daha səmərəli təşkili və onları maraqlandıran suallarla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]