Layza Minelli xatirələr kitabının anonsunu verib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Layza Minelli xatirələr kitabının anonsunu verib

Bakı, 8 avqust, AZƏRTAC

Layza Minelli, “Kabare” filmindəki “Oscar” mükafatı qazanan performansı da daxil olmaqla, karyerası haqqında düşüncələri, dörd uğursuz evliliyi, narkotik asılılığı ilə mübarizəsi barədə hekayələrin yer aldığı kitab nəşr etdirəcək.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, 78 yaşlı amerikalı aktrisa və müğənninin xatirələrinin nəşri 2026-cı ilin yazına planlaşdırılır. 40 illik dostu, “Great American Songbook”un səfiri Maykl Faynşteynin köməyi ilə o, kitabı Pulitzer mükafatlı jurnalist Haydi Evans və “Los Angeles Times” qəzetinin Nyu-York bürosunun keçmiş rəhbəri Coş Getlinlə birlikdə yazır.

Minnellinin sözlərinə görə, o, “insanlar onun irsini mahiyyətcə məhv etməyənə qədər” xatirələr yazmaq fikrində deyildi. Kitab mütləq şəkildə bunlar təsvir olunacaq: “Oskar”ın təqdimatına uğursuz gəlişi”, “təhrif olunan yarıhəqiqətin yer aldığı film” və “sadəcə olaraq heç də hər şeyin lazım olduğu kimi düzgün alınmadığı son mini serial”. Minnelli həmçinin qeyd edir ki, bütün bu səhvlər “ailəmi tanımayan və məni əslində olduğum qədər tanımayan insanlar tərəfindən edilib”.

Kitab “Grand Central Publishing” nəşriyyatı tərəfindən nəşr olunacaq.

Minnelli ən çox Bob Fossun 1972-ci ildə çəkilmiş titullu “Kabare” musiqili melodramında aktyor işi, Bob Fossun Fred Ebb ilə birlikdə çəkdiyi “Liza with a “Z” adlı televiziya filmi və Martin Skorsezenin 1977-ci ildə çəkilmiş “Nyu-York, Nyu-York” musiqili dramı ilə məşhurdur. Aktrisa Cudi Qarlandın və rejissor Vinsente Minnellinin qızı EGOT (Emmy, Grammy, Oscar, Tony) mükafatı alan 25 ulduzdan biridir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top