Donetsk vilayətində 28 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Donetsk vilayətində 28 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilir

Kiyev, 7 avqust, AZƏRTAC

Donbasın 28 yaşayış məntəqəsindən uşaqların təxliyəsi davam edir. Son sutka ərzində 481 uşaqla birgə 372 ailə təhlükəli əraziləri tərk edib.

Bu barədə AZƏRTAC Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Nazirlikdən bildirilib ki, Limanskaya, İlyinovskaya, Mirnoqradskaya, Qrodovskaya, Novoqrodovskaya, Selidovskaya və Kuraxovskaya ərazi icmalarından təxliyə prosesinə polisin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət 20 qrup cəlb olunub.

“Uşaqların çıxarılması yalnız xüsusi mühafizəsi olan zirehli avtomobillərdə – dəbilqə və zirehli gödəkçələrdə həyata keçirilir”, – deyə Daxili İşlər Nazirliyi vurğulayıb.

Uşaqların təxliyəsi yalnız valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə və azı bir valideynin müşayiəti ilə baş verir.

“Son 24 saat ərzində 481 uşaqla birgə 372 ailə təhlükəli əraziləri tərk edib. Ümumilikdə, 3903 uşağı olan 2462 ailə təxliyə edilməlidir”, – deyə məlumatda bildirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top