Xəzər dənizini üzərək keçmək istəyən əcnəbi üzgüçülərə iki gənc idmançımız da qoşulacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Xəzər dənizini üzərək keçmək istəyən əcnəbi üzgüçülərə iki gənc idmançımız da qoşulacaq

Bakı, 7 avqust, AZƏRTAC

Tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel “Qoliat” ekspedisiyasını Xəzər dənizində davam etdirəcəklər. Dəniz səyahəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, səyyahlar Xəzər dənizini sərhəddən-sərhədə üzərək ilkə imza atacaqlar.

Səyahət zamanı iki gənc idmançımız 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da səyyahlarla birgə üzəcəklər.

Britaniyalı Karl Buşbi və amerikalı Anjela Maksvel dünyanın dörd tərəfini kəşf etməkdə olan tanınmış iki macəraçıdır. Karl Buşbi bu missiyaya hələ 1998-ci ilin noyabrında 38 min kilometrlik məsafəni qət etməklə başlayıb. Həmkarı Anjela Maksvel son 7 il ərzində 4 qitədə – 14 ölkədə olub, susuz səhraları, başıqarlı dağları gəzərək ümumilikdə 32 min 186 kilometr məsafə qət edib.

Səyyahlar yaxın günlərdə Aktau yaxınlığındakı sahildən yola çıxaraq, təxminən bir ay ərzində Bakıya çatmağı planlaşdırırlar. Sonra Karl və Anjela Azərbaycan ərazisindən keçərək Avropaya doğru irəliləyəcək və səyahətlərini Böyük Britaniyada yekunlaşdıracaqlar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top