Çempionlar Liqası: “Qarabağ” üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib   YENİLƏNİB-5 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Çempionlar Liqası: “Qarabağ” üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib   YENİLƏNİB-5

Bakı, 6 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ludaqorets”in heyətində Duarte və Vidal, “Qarabağ”da isə Olavio Juninyo fərqləniblər.

Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

21:33

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyunda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, görüşün 64-cü dəqiqəsində Olavio Juninyo hesabı bərabərləşdirib.

Matçı isveçrəli hakim Urs Şnider idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

21:24

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, görüşün 56-cı dəqiqəsində rəqibin heyətində Duarte fərqlənib.

Matçı isveçrəli hakim Urs Şnider idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

 

21:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyunda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, birinci yarıdan sonra hesab açılmayıb.

Matçı isveçrəli hakim Urs Şnider idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

 

20:55

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyunda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Matçı isveçrəli hakim Urs Şnider idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

20:01

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda üz-üzə gələn “Qarabağ” və Bolqarıstanın “Ludaqorets” komandaları arasında oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, görüş 20:00-da start götürüb. Matçı isveçrəli hakim Urs Şnider idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top