G7 ölkələri Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb
Bakı, 6 avqust, AZƏRTAC
“Böyük yeddilik” (G7) ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdə artan gərginlikdən narahatlarını bildiriblər və münaqişə tərəflərini gərginliyin azaldılması üçün əməkdaşlığa çağırıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı xarici işlər orqanları rəhbərlərinin bəyanatında deyilir.
“Biz bir daha bütün tərəfləri gərginliyi azaltmaq üçün konstruktiv fəaliyyət göstərməyə çağırırıq”, – bəyanatda vurğulanır.
G7 ölkələrinin xarici işlər nazirləri, həmçinin vəziyyətin daha da gərginləşməsindən heç bir ölkə və ya xalqın fayda görməyəcəyini bəyan ediblər.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi son günlərdə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümündən və Beyrutda hərbi qanadının komandirlərindən birinin ləğvindən sonra başlayıb.
İran, HƏMAS və “Hizbullah” hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]