Yaşar Güler: Türkiyəyə güvənir və dəstək üçün müraciət edirlər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Yaşar Güler: Türkiyəyə güvənir və dəstək üçün müraciət edirlər

Ankara, 5 avqust, AZƏRTAC

Ankara münaqişələrlə bağlı prinsipial və qərəzsiz mövqe tutur, regionda və dünyada sülhün və sabitliyin təmin olunmasına öz real töhfəsini verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak və hərbi birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, rəsmi Ankara dost ölkələr və müttəfiq dövlətlərlə əlaqələrin inkişafına xüsusi önəm verir: “Bu, respublikamızın çoxvektorlu siyasətinin və strateji kursunun təzahürüdür. Türkiyə Balkan ölkələrindən Qafqaza, Afrikadan Asiyaya qədər geniş bir ərazidə güvənilən və dəstək üçün müraciət edilən bir ölkəyə çevrilib”.

Müdafiə naziri qeyd edib ki, Türkiyənin terrorla mübarizədə əldə etdiyi uğurlar, türk ordusunun dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi missiya və əməliyyatlar Ankaraya etimadı artırır və yeni təhlükəsizlik təşəbbüsləri üçün əsas yaradır.

Türkiyəli nazir qeyd edib ki, bu gün dünyada kritik proseslər gedir və təhlükəsizlik vəziyyəti getdikcə daha qarışıq və gözlənilməz olur.

“Türkiyə münaqişələrlə dolu bir bölgədə “sabitlik adası” olaraq qalır. Biz artan gərginliyi və asimmetrik təhdidləri diqqətlə izləyirik. Ölkəmiz təhlükələrin qarşısını almaq üçün bütün imkanlara malikdir”, -deyə Güler əmin edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top