İrandan Türkiyəyə 2,2 ton metamfetamin keçirilməsinin qarşısı alınıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İrandan Türkiyəyə 2,2 ton metamfetamin keçirilməsinin qarşısı alınıb

İstanbul, 5 avqust, Günel Karatepe, AZƏRTAC

İrandan Türkiyəyə daxil olan qoşqulu yük avtomobilindən 2,2 ton narkotik maddə olan metamfetamin aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, metamfetamin qanuni yük kimi bəyan edilən pudraya hopdurulmuş şəkildə Türkiyə ərazisinə keçirilib.

Narkotik maddə nazirliyin gömrük mühafizə bölmələri tərəfindən keçirilən əməliyyat nəticəsində Türkiyə ilə İran arasındakı Gurbulaq sərhəd-keçid məntəqəsində aşkarlanaraq müsadirə edilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top